Fəlsəfəmiz

VİZİYA

Bütün paydaşları ilə cəmiyyətə və ətraf mühitə töhfə verən, davamlı qlobal brend olmaq.

MİSSİYA

Estetik baxış, texniki həllər və davamlı yenilənən, trend müəyyin edən yanaşmalarla binalara, paydaşlarımıza və sektorumuza dəyər qatmaq.

KEYFİYYƏT

Keyfiyyət anlayışımız həyata, məkanlara və ətraf mühitə dəyər qatır!

Dünyanın hörmət etdiyi keyfiyyət səviyyəmizi qorumaq və hər şəraitdə ən yüksək müştəri məmnuniyyətini təmin etmək üçün rəqiblərimizlə qiymətlə deyil, keyfiyyətimizlə rəqabət aparırıq.

ƏTRAF MÜHİT

Təmiz ətraf mühit və yaxşı dünya gələcəyə dəyər qatır!

Gələcək nəsillərə daha yaxşı və təmiz dünya buraxmaq anlayışı ilə çalışır, bu məqsədlə milli və beynəlxalq standartlara uyğun ekoloji idarəetmə çərçivəsində ekoloji təmiz məhsullar istehsal edirik.

Seranit Porselen olaraq ekoloji istehsal üçün müəyyin etdiyimiz meyarlar;

Fəaliyyətlərimizdən yaranan ətraf mühit və insan sağlamlığı üzərindəki mümkün əhəmiyyətli təsirlərin nəzarət altında saxlanılması,

Təbii resursların qorunması üçün enerji və xammalın səmərəli istifadəsi,

Çirklənmənin mənbəyində qarşısının alınması,

Nəfəs alan ətraf mühit üçün davamlı inkişafa açıq mədəniyyət yaradaraq işçilərimizin, təchizatçılarımızın və cəmiyyətin ekoloji şüurunun artırılması.

Seranit olaraq bütün fəaliyyətlərimizi Keyfiyyət, İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemləri ilə birləşdirilmiş şəkildə idarə edərək, tikinti materialları sektorunda nümunəvi qurum olmaq üçün bütün gücümüzlə çalışırıq.

Fəlsəfəmiz